"Qarabağ"la oyunlarda rekord yenilənə bilər
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” bu mövsüm 20 illik rekordu təkrarlaya bilər.
Sportilife.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “sağsağanlar”ın bu uğura imza atıb-atmaması məhz Azərbaycan çempionu ilə oyunların nəticələrindən asılıdır.
Belə ki, Eddi Hounun yetirmələri cari mövsüm artıq 40 matçda iştirak edib. Hazırkı təqvimə əsasən, komanda mövsümü 55 oyunla başa vurmalıdır. Ancaq Premyer Liqa təmsilçisi Çempionlar Liqasında “Qarabağ”ı mübarizədən kənarlaşdırsa, minimum 1/8 final mərhələsində daha 2 oyuna çıxacaq. Bu isə ümumi görüş sayını 57-yə çatdıracaq.
Komanda buna qədər sonuncu dəfə ən ən sıx təqvimi 20 il əvvəl – 2006-07 mövsümündə yaşayıb. Həmin vaxt Qlenn Roderin rəhbərliyi altında “Nyukasl” 57 qarşılaşmanın iştirakçısı olub.
Qeyd edək ki, “Qarabağ”la “Nyukasl” arasında oyunlar fevralın 18-də Bakıda, 24-də isə Nyukaslda keçiriləcək.