"Qarabağ" üçün 4,3 milyonluq gəlir
UEFA 2024/2025-ci illər mövsümü üzrə Çempionlar Liqasında klubların əldə etdiyi gəlirləri açıqlayıb.
Sportlife.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnirin pley-off mərhələsində mübarizəni dayandıran “Qarabağ”ın da qazancı bəlli olub. Hesabata əsasən, Azərbaycan təmsilçisi 4 milyon 290 min avro gəlir əldə edib.
Bu məbləğ kluba təsnifat mərhələsində iştiraka və çıxışa görə verilib.