UEFA-dan AFFA-ya 11 milyon avro
UEFA 2024/2025-ci illər mövsümünün maliyyə hesabatını açıqlayıb.
Sportlife.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu ötən mövsüm AFFA-ya ümumilikdə 11 milyon 54 min avro vəsait ayırıb.
Bunun 2 milyon 980 min avrosu Azərbaycan yığmasına görə (illik həmrəylik ödənişi) milli assosiasiyanın hesabına köçürülüb.
Avrokubok yarışlarının ümumi mərhələlərində iştirak etməyən klublar üçün həmrəylik ödənişi proqramı çərçivəsində isə 4 milyon 802 min avro vəsait ödənilib. Avropa Liqasında (1 milyon 37 min avro) və Konfrans Liqasında (2 milyon 185 min avro) mübarizəni dayandıran klublara görə ümumilikdə 3 milyon 222 min avro vəsait ayrılıb.
Qadınlar arasında Çempionlar Liqasında iştirak etməyən klublar üçün həmrəylik ödənişi isə 50 min avro təşkil edib.
Qeyd edək ki, həmrəylik ödənişləri avrokubokların ümumi mərhələlərini buraxan yüksək divizion klubları arasında bərabər bölüşdürülür.