Renat üçün təhlükə

  • Bu gün, 13:54

Polşa Ekstraklasasında cəzalı futbolçuların adları açıqlanıb.

Sportlife.az xəbər verir ki, həmçinin cəza limitinə yaxın olan oyunçular da müəyyənləşib.

“Motor” klubunun formasını geyinən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da risklilər sırasındadır. Qış fasiləsində transferə çıxarılan, lakin sonradan yenidən komandaya cəlb edilən 26 yaşlı forvardın cari mövsüm passivində 3 sarı vərəqə var. Renat 21-ci turda “Lexiya” ilə görüşdə sarı vərəqə alarsa, cəzalı duruma düşəcək və “Pyast”la səfər qarşılaşmasını buraxacaq.

Qeyd edək ki, “Motor” – “Lexiya” oyunu fevralın 15-də keçiriləcək.


Paylaş: