"Mingəçevir"dən vacib xal itkisi
Futbol üzrə I Liqada XIV turun daha 2 oyunu keçirilib.
Sportlife.az xəbər verir ki, Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparan "Mingəçevir" öz meydanında "Zaqatala" ilə qarşılaşıb və vacib xallar itirib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Digər matçda isə "Difai" "Şimal"ı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, I Liqada turnir cədvəlinə 32 xalla "Şəfa" başçılıq edir. "Baku Sportinq" (29 xal) 2-ci, "Səbail" (26 xal) 3-cü, "Mingəçevir" (25 xal) 4-cü pillədə qərarlaşıb.