UEFA reytinqi: Azərbaycan 2 pillə gerilədi
Avropa klub yarışlarının son oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərib.
Sportlife.az xəbər verir ki, dünən Konfrans Liqasında keçirilən matçlardan sonra Azərbaycan 26-cı pillədən (22.250 xal) 28-ci yerə geriləyib. Slovakiya Azərbaycandan bir pillə yuxarıdadır (22.375), Bolqarıstan isə 29-cu sıradadır (19.875).
Azərbaycan avrokubok mövsümünə 17.125 xalla başlayıb. Hazırda ölkədən yalnız bir klub – “Qarabağ” Avropa yarışlarında mübarizəni davam etdirir.