Zidan "Real"a qayıtmaq istəmədi

  • Bu gün, 12:35

Fransalı məşqçi Zinəddin Zidan "Real"a qayıtmayacaq.

Sportlife.az xəbər verir ki, o, hazırda bütün diqqətini Fransa milli komandasındakı işinə yönəldib.

Didye Deşamın gedişindən sonra yığmaya məhz Zidanın başçılıq edəcəyi gözlənilir. Tərəflər artıq bu barədə razılığa gəliblər.

"Real"dakı məşqçilik karyerası ərzində (2016–2018 və 2019–2021) Zinəddin Zidan 2 dəfə La Liqanın, 3 dəfə isə Çempionlar Liqasının qalibi olub.


Paylaş: