Yenə Murad Musayev
"Krasnodar"ın çalışdırıcısı Murad Musayev noyabr və dekabr ayları üçün Rusiya Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.
Sportlife.az xəbər verir ki, 42 yaşlı məşqçi səslərin 31,57%-ni toplayıb. Andrey Talalayev ("Baltika") 24,49% səslə ikinci yeri tutub, Mixail Qalaktionov ("Lokomotiv") isə 23,25% səslə ilk üçlüyü tamamlayıb. "Zenit"in məşqçisi Sergey Semak dördüncü (17,66%), "Akron"dan Zaur Tedeyev isə beşinci (3,03%) sırada yer alıb.
Noyabr və dekabr aylarında "Krasnodar" üç oyunda qalib gəlib və iki heç-heçə edib. Komanda 18 turdan 40 xala malikdir və Rusiya Premyer Liqasında turnir cədvəlinə başçılıq edir.