"Qarabağ" "yox" desə...
“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyonun “Botafoqo”ya transferi reallaşmaya bilər.
Sportlife.az Braziliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi 24 yaşlı yarımmüdafiəçiyə alternativ variantlar müəyyənləşdirib.
“Qarabağ” Bikalyo üçün qarşı tərəfdən gələcək 3 milyon avroluq ikinci təklif rədd etsə, “Botafoqo” “Ferensvaroş”da çıxış edən sabiq “Qarabağ”lı Julio Romao ilə danışıqları intensivləşdirəcək. Romao üçün də eyni məbləğ təklif olunacaq. Bu keçid də baş tutmasa, digər variantlara baxılacaq.
Qeyd edək ki, Pedro Bikalyonun “Qarabağ”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.