Baş məşqçi xərçəngdən öldü
Danimarka və Norveç milli komandalarının keçmiş baş məşqçisi Oqe Hareyde vəfat edib.
Sportlife.az xəbər verir ki, mütəxəssis ötən gün 72 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
İyul ayında həkimlər norveçliyə beyin xərçəngi diaqnozu qoymuşdular.
Hareyde danimarkalıları 2018-ci il dünya çempionatına çıxarıb və 1/8 finala yüksəldib.