"Milan"ın 2 futbolçusu "Arsenal"ın "radar"ında
"Arsenal" "Milan"ın 2 futbolçusu ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, bunlar 19 yaşlı müdafiəçi Davide Bartezaqi və 20 yaşlı qapıçı Lorenzo Torrianidir.
London klubu oyunçuların transferlərini tezliklə başa çatdıra bilər. "Topçular" qarşıdan gələn transfer pəncərəsində böyük məbləğdə investisiya qoymağı planlaşdırmır, lakin gənc oyunçuları cəlb etməyə açıqdırlar.