Derbidə "Turan Tovuz" sevindi

  • Bu gün, 15:56

Misli Premyer Liqasında 2025-ci ilin sonuncu - XVI turuna start verilib.

Sportlife.az xəbər verir ki, ilk oyun günündə "Kəpəz"lə qarşılaşan "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb.

Yevlax şəhər stadionunda baş tutan matçda qolları Alexandro Serrano (6) və Jo (47) vurublar.

"Turan Tovuz" hazırda 27 xalla 4-cü yerdə qərarlaşıb. Hesabında 9 xalı olan "Kəpəz" 12 komandanın sıralamasında 10-cudur.

Qeyd edək ki, XVI tura dekabrın 22-də yekun vurulacaq.


Paylaş: