Bakıda yeni güləş zalı açıldı

  • Bu gün, 18:11

Azərbaycan Güləş Federasiyasının dəstəyilə yeni güləş zalı istifadəyə verilib.

Sportlife.az xəbər verir ki, yunan-Roma güləşi üzrə dünya 3-cüsü, Avropa 2-cisi Taleh Məmmədovun nəzarəti altında fəaliyyət göstərən güləş zalı Zabrat qəsəbəsində yerləşir.

Bütün zəruri idman avadanlıqları ilə təmin edilmiş, 2 güləş xalçasının yer aldığı, yüksək səviyyəli tərtibatla hazırlanmış, standartlara tam cavab verən güləş zalı eyni vaxtda 50-60 yeniyetmə və gəncin bu idman növü ilə məşğul olmasına imkan verir.

Bakıətrafı kənd və qəsəbələrdə sıx yaşayışın olması bu zalın strateji önəmini artırır. Yunan-Roma güləşi üzrə fəaliyyət göstərəcək güləş mərkəzi bu sahədə kütləviliyə təkan verəcək. 

Qeyd edək ki, Güləş Federasiyası mütəmadi olaraq, ölkə ərazisində güləş zallarının fəaliyyətə başlamasında yaxından iştirak edir və infrastrukturun yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər bundan sonra da davam etdiriləcək. fəaliyyətə başlamasında yaxından iştirak edir və infrastrukturun yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər bundan sonra da davam etdiriləcək.


Paylaş: