"Qarabağ"da xüsusi qonaqlar

  • Bu gün, 18:27

Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri "Qarabağ"ın qonağı olublar.
Sportlife.az xəbər verir ki, görüşdə Ağdam klubunın baş direktoru Əmrah Çəlikəl, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov, komandanın üzvləri, həmçinin adıçəkilən məktəbin müəllimləri iştirak ediblər.
Səmimi və xoş atmosferdə keçən görüş zamanı Qurban Qurbanov və futbolçular şagirdlərlə yaxından ünsiyyət qurub, onlarla xatirə şəkilləri çəkdiriblər.

Paylaş: