"Napoli"dən unikal rekord

  • Dünən, 17:14

Ötən gün İtaliya A Seriyasında 2024/2025 mövsümünün qalibi olan "Napoli" unikal rekorda imza atıb.

Sportlife.az xəbər verir ki, Neapol təmsilçisi bu uğuru XXXVIII turda "Kalyari"yə qalib (2:0) gəlməklə həyata keçirib.

Belə ki, Antonio Kontenin rəhbərlik etdiyi kollektiv ötən mövsüm A seriyasını 10-cu sırada başa vurub. Bununla da “Napoli” əvvəlki mövsümü 10-cu pillədə başa vurduqdan sonra A Seriyasını qazanan ilk komanda olub.


Paylaş: