
Dünya çempionatında yenilik
FIFA Klublararası Dünya Çempionatının oyunları zamanı hakimlərin üzərində kamera yerləşdiriləcək.
Sportlife.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
"Bu testin əsas məqsədlərindən biri yeni kamera rakursunu “hakimin gözündən” göstərməklə tamaşaçı təcrübəsini yaxşılaşdıra biləcəyini öyrənməkdir. Bundan əlavə, FIFA gələcəkdə belə kameraların istifadəsi üçün bu təcrübədən yararlanacaq”, - deyə bildirilir.
Qeyd edək ki, Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Qrup mərhələsi iyunun 26-da başa çatacaq. Pley-off mərhələsi iyunun 28-dən iyulun 9-dək keçiriləcək. Final iyulun 13-nə planlaşdırılıb.