Juninyo ilə komanda yoldaşı oldu

  • Dünən, 14:45

Jorjinyo “Arsenal”dan Braziliyanın “Flamenqo” klubuna keçib.

Sportlife.az xəbər verir ki, bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi yeni klubuna pulsuz başa gəlib.

Azad agent statusu olan təcrübəli oyunçu yeni klubu ilə üç illik müqavilə imzalayıb. Tanınmış futbolçu daha əvvəl "Çelsi", "Napoli" və "Verona"da da çıxış edib.

Yada salaq ki, “Flamenqo”da sabiq “Qarabağ”lı Juninyo da çıxış edir.


Paylaş: