Rolan Qarrosda finalçılar bilindi

  • Bu gün, 12:41

Rolan Qarros turnirində kişilərin mübarizəsində də finlaçıları müəyyənləşib.

Sportlife.az xəbər verir ki, həlledici görüşdə Yannik Sinner və Karlos Alkaras üz-üzə gələcək.

İtaliyalı tennisçi "Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi serbiyalı həmkarını hər 3 setdə məğlub edib - 6:4, 7:5, 7:6 (7:3). Oyun 3 saat 17 dəqiqə davam edib.

Yarımfinalın digər cütündə isə Alkaras Lorentso Musettidən güclü olub. Məğlub durumda olan italiyalı raketka ustası 4-cü setdə oyunu yarımçıq dayandırıb.

Qeyd edək ki, final görüşü bazar günü keçiriləcək. Yannik Sinner son iki "Böyük Dəbilqə" - US Open-2026 və Australian Open-2025-in qalibi olub.


Paylaş: