
"Araz Naxçıvan"ın qapıçısı Polşaya qarşı oynadı
"Araz Naxçıvan"ın qapıçısı Kristian Avram Moldova millisinin heyətində növbəti oyuna çıxıb.
Sportlife.az xəbər verir ki, 30 yaşlı qolkiper Polşa millisinə qarşı səfərdəki yoxlama matçında əsas heyətdə yer alıb və sonadək oynayıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu, Kristian Avramın əsas yığmada 12-ci oyunu olub.