Eden Hazard Zidana mesaj göndərdi
"Çelsi"nin belçikalı üzvü Eden Hazardın adı tez-tez Madrid "Real"ı ilə hallanırdı. Sportlife.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin son açıqlaması bu söz-söhbətləri daha da alovlandıracaq.
Belə ki, Hazard "Çelsi"də xoşbəxt olduğunu, ancaq Zidanla birlikdə çalışmağı da çox istədiyini deyib: "Hər kəs Zidana olan hörmətimi bilir. Həm futbolçu olduğu zamanlardan, həm də baş məşqçi olaraq mənim özümə nümunə götürdüyüm insandı. Əlbətdə karyeramda nələr olacağını biləmmərəm. Ancaq onunla çalışmaq mənim xəyalımdı".
Qeyd edək ki, Hazard bu mövsüm "Çelsi" forması ilə hələ ki, 14 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Ulduz futbolçunun müqaviləsi 2020-ci ildə başa çatacaq.