"Fənərbağça" La Liqada çıxış edəcək?

  • 25 Mart 2024, 23:40

Serie A və ya La Liqada türk klubu ola bilər.

Sportlife.az xəbər verir ki, Super Liqanın 30-cu turunun "Fənərbağça"nın səfərdə 3:2 hesablı qələbə qazandığı oyundan sonra " Trabzonspor" azarkeşləri qazona qaçaraq meydanın mərkəzində bayram edən qonaq komandanın futbolçularına hücum ediblər. Futbolçular təhlükəsizlik işçiləri və polisin müşayiəti ilə paltardəyişmə otağına daxil olublar. Martın 18-də Türkiyənin daxili işlər naziri 12 məhbusun olduğunu bildirib.

Ardınca “Fənərbağça”nın mətbuat xidməti aprelin 2-də idarə heyətinin növbədənkənar iclasının keçiriləcəyini və bu iclasda insidentlə bağlı görülə biləcək müxtəlif tədbirlərin qiymətləndiriləcəyini açıqlayıb. Onların arasında Superliqadan çıxmaq da var.

Məşhur jurnalist Ertem Şener isə bildirib ki, "Fənərbağça" rəhbərliyi Belçika, İspaniya, İtaliya, Niderland və ya Fransa çempionatına keçmək imkanlarını nəzərdən keçirəcək.


Paylaş: