Formula 1: "Ferrari"inin adı dəyişdi

  • 24 Aprel 2024, 19:55

İtaliyanın Formula 1 komandası "Ferrari" tam adını dəyişib.

Sportlife.az xəbər verir ki, "Scuderia" yeni titul sponsorunu elan edib. Komanda Amerikanın "Hewlett Packard" şirkəti ilə çoxillik müqavilə bağlayıb və bununla əlaqədar olaraq rəsmi adını "Scuderia Ferrari HP" olaraq dəyişdirib. HP loqoları "Ferrari" avtomobillərində, həmçinin Mayami Qran-prisindən başlayaraq "Ferrari" sürücülərinin və işçilərinin kombinezonlarında görünəcək.

Qeyd olunur ki, Amerika şirkəti ilə əməkdaşlıq "Ferrari"yə 2025-ci il mövsümündə komandaya qoşulacaq Lyuis Həmiltonu yüksək maaşla təmin etməyə imkan verəcək.


Paylaş: