Fransa klubu gənc oyunçusunu qışda satmayacaq
"Monako" klubu yanvarda 22 yaşlı futbolçusu Maqn Akliuşu satmağı düşünmür.
Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, hücuma meylli yarımmüdafiəçiylə bir çox klubun maraqlanmağına baxmayaraq "ağ-qırmızılar" onun qışda ayrılmağına icazə verməyəcək.
Akliuş cari mövsümdə 21 oyunda meydanda olub, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.