Kapello Bellinqem haqqında: "Bu yaşda ancaq super oyunçular belə oynaya bilər"

  • 24 Aprel 2024, 20:46

İtaliyalı baş məşqçi Fabio Kapello "Real"ın yarımmüdafiəçisi Cud Bellinqemin La Liqanın 32-ci turunun "Barselona" ilə oyununda (3:2) çıxışını dəyərləndirib.

Sportlife.az xəbər verir ki, mütəxəssis bu barədə "SkySports"a danışıb.

"Bu yaşda yalnız super oyunçular belə oynaya bilər - Messi və digərləri. "El Klasiko" kimi vacib matçda inanılmaz oyun göstərdi, çünki meydanın hər yerində çox yaxşı idi. O, müdafiəyə qayıtdı və topu etibarlı şəkildə idarə etdi. Azarkeşlər başa düşürlər ki, bu futbolçu qalib gəlmək istəyir. O, qaçır və döyüşür”, - deyə Kapello bildirib.


Paylaş: