
La Liqada ayın məşqçisi bilindi
"Real"ın baş məşqçisi Xabi Alonso La Liqada ötən ayın ən yaxşı məşqçisi seçilib.
Sportlife.az xəbər verir ki, 43 yaşlı mütəxəssis səsvermədə Ernesto Valverde (“Atletik”) və Manolo Qonzalesi (“Espanyol”) qabaqlayıb.
Alonso 2025-ci il iyunun 1-dən "Real"a başçılıq edir. Avqustda Madrid komandası onun rəhbərliyi altında La Liqada üç oyun keçirib və hamısında qalib gəlib.
Üç turdan sonra "Real" İspaniya çempionatında "Atletik"lə liderliyi bölüşür.