
Yamal Türkiyəni şəxsi təyyarəsi ilə tərk etdi
İspaniya millisinin cinah oyunçusu Lamin Yamal şəxsi təyyarəsi ilə Türkiyəni tərk etməli olub.
Sportlife.az xəbər verir ki, buna futbolçunun Türkiyə ilə matçdan sonra pasportunu itirməsi səbəb olub.
O, stadionu sənədsiz tərk edib.
Qeyd edək ki, ispanlar rəqibinə 6:0 hesabı ilə qalib gəlib. Yamal meydanda 73 dəqiqə keçirib və 2 məhsuldar ötürmə edib.