
"Liverpul" fikrini dəyişdi
"Kristal Pelas"ın müdafiəçisi Mark Qehi "Liverpul"a keçməyəcək.
Sportlife.az xəbər verir ki, "mersisaydlılar" 25 yaşlı ingilislə müqavilə imzalamaq fikrindən imtina ediblər.
Qehi "Çelsi" nin yetirməsidir. O, 2021-ci ildən "Kristal Pelas"da çıxış edir və 156 oyun keçirib, 8 qol vurub, 4 məhsuldar ötürmə edib.