
Tahir Gözəldən hücumçu açıqlaması
"Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının əsas mərhələsi oyunları üçün yeni hücumçu transfer etməməsinin səbəbini açıqlayıb
Sportlife.az xəbər verir ki, klub rəsmisi bunun maliyyə ilə bağlı olduğunu bildirib:
“Biz 1 milyon dəyəri olan oyunçuya artıq pul ödəsək, klub bir neçə ilə müflis olar. Qurban Qurbanov həmin oyunçulara heç vaxt dəyərindən artıq pul ödənilməsinə razı olmur. Hətta heyətdəki futbolçulara bu dəqiqə 15 milyonluq təklif gəlsə, onu buraxmarıq. Qurban hoca onun əvəzinə ayrı-ayrı mövqelərə 3 fərqli oyunçu gətirməyi daha məqsədəuyğun hesab edir. Mən Musama, Nərimanıma inanıram. Toral Bayramovun ötən il “Bude/Qlimt”ə vurduğu qol məni valeh etdi. Musa Qurbanlının “Ferensvaroş”la matçda meydana girən kimi vurduğu qol mənə ləzzət etdi. İnanıram ki, bu mövsüm belə qolları yenə görəcəyik”.
Qeyd edək ki, "Qarabağ” Andre Klovis, Juninyo və Sambo Sumano kimi hücumçularla danışıqlar aparsa da, son anda transferlər baş tutmayıb.