Avropa çempionatı: Üçüncü gündə medal olmadı

  • Dünən, 18:13

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Sportlife.az xəbər verir ki, yarışın üçüncü günü fərdi yarışlar yekunlaşıb.

Azərbaycan millisi isə bu mübarizədə çıxışını bitirib. Tatamiyə çıxan 4 cüdoçumuz günü medalsız bitirib.

Oğlanlar

90 kq
Aslan Kotsoyev (Azərbaycan) 1/16 finalda Levente Kissə (Macarıstan) qalib gəlsə də, ardınca Luka Cavaxişviliyə uduzub.

100 kq
Davud Namazlı (Azərbaycan) ​1/16 finalda İvan Titinkinə (IJF) məğlub olub.

Ramazan Əhmədov (Azərbaycan) 1/8 finalda Yannis Antoniu (Kipr) ilə bacarmayıb.

Qızlar

78 kq
Nigar Süleymanova (Azərbaycan) 1/8 finalda Emma-Melis Aktaşa (Estoniya) uduzub.

Beləliklə, millimiz yarışı 2 qızıl və 1 bürünc medalla bitirib. Komandamızın heyətində Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, sabah Avropa çempionatında komanda yarışı olacaq.


Paylaş: