
Millimizin futbolçusu əvəzedici komandaya göndərildi
"Polessye”də (Ukrayna) çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev əvəzedici komandaya göndərilib.
Sportlife.az xəbər verir ki, Mustafayevdən başqa klubunun daha 5 futbolçusu da əsas komandadan uzaqlaşdırılıb.
Baş məşqçi Ruslan Rotanın planlarında bu futbolçuların olmadığı bildirilib.
Emil Mustafayev bu mövsüm “Polessye”nin keçirdiyi 4 oyunun heç birində meydana çıxmayıb.
"Polessye" hazırda 3 xalla Ukrayna Premyer Liqasında 16 komanda arasında 10-cu pillədə qərarlaşıb.