Azərbaycan klubunda 2 müqavilə

  • Dünən, 12:44

NTD basketbolçular Murad Babayev və Oğuzxan Quliyevlə müqavilə müddətini uzadıb.

Bu barədə Sportlife.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Hər iki basketbolçu ilə daha bir mövsümlük anlaşma imzalanıb.

Qeyd edək ki, Azərbaycanın U-20 millisinin üzvü olan M.Babayev 2022-ci ildən NTD-nin formasını geyinir. U-18-in üzvü O.Quliyev isə bu ilin yanvarında komandaya dəvət olunub. 


Paylaş: