
Bölgə klubunda yeni hücumçu
"Lənkəran" basketbol klubu heyətini amerikalı oyunçu ilə gücləndirib.
Sportlife.az xəbər verir ki, 24 yaşlı Teron Montqomeri mövsümün sonuna kimi Lənkəran komandasının formasını geyinəcək. Hücumçunun sonuncu klubu Kosta Rika təmsilçisi "ARBA Koyotes" olub.
Qeyd edək ki, "Lənkəran" daha əvvəl amerikalı Raşed Dyson və Aydın ibrahimovu da heyətinə cəlb edib.