
"Arsenal"ı "Beşiktaş"a dəyişə bilər
İngiltərənin "Arsenal" klubunun futbolçusu Leandro Trossard karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, "Beşiktaş" London təmsilçisinə belçikalı futbolçunun transferi ilə bağlı təklif göndərib.
Türkiyə klubu 30 yaşlı futbolçunun transferi üçün 19 milyon funt-sterlinq təklif edib.
Qeyd edək ki, L.Trossard bu yay "Arsenal"la müqaviləsinin müddətini 2027-ci ilə qədər uzadıb.