
Boksçularımız Aktaudan 2 medalla qayıdır
Azərbaycan boksçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri 2 medalla başa vurublar.
Sportlife.az xəbər verir ki, Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışda Məhəmməd Aşırəliyev (60 kq) və Ruslan Rüstəmov (65 kq) fəxri kürsüyə yüksəliblər.
Hər iki boksçu bürünc medal qazanıb.