Lionel Messi - 1200

  • 28 Aprel 2024, 12:54

ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messi karyerası ərzində 1 200 qolun vurulmasında yaxından iştirak edib.

Sportlife.az xəbər verir ki, bu barədə "Som I Serem FCB" resursu bildirib.

36 yaşlı hücumçu MLS çempionatında "İnter Mayami"nin səfərdə "Nyu-İnqlend Revolyuşn"ı 4:1 hesabı ilə məğlub etdiyi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, Argentina millisinin üzvü meydana çıxdığı 1 057 qarşılaşmada 832 qol vurub və 368 assist edib.


Paylaş: