Lukaku 5-ci pilləyə yüksəldi

  • Dünən, 10:49

Belçika millisi DÇ-2026-nın seçmə mərhələsinin J qrupunda evdə Uelsə 4:3 hesabı ilə qalib gəlib.

Sportlife.az xəbər verir ki, meydan sahiblərinin qollarından birini penaltidən Romelu Lukaku vurub.

Bu, təcrübəli forvardın "qırmızı şeytanlar"ın heyətində 89-cu qolu olub.

O, malayziyalı Muxtar Dahari ilə birlikdə milli komandaların ən yaxşı bombardirləri siyahısında beşinci yerə yüksəlib. Lukaku 124, Dahari isə 142 oyun keçirib.

Belçikalı oyunçu bu göstəricidə yalnız Kriştianu Ronaldu (Portuqaliya, 138), Lionel Messi (Argentina, 112), Ali Daei (İran, 108) və Sunil Çxetridən (Hindistan, 95) geri qalır.


Paylaş: