"Lukas Vaskes "Real Madrid" üçün son dərəcə vacib oyunçudur"

  • 22 Aprel 2024, 14:24

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti müdafiəçi Lukas Vaskesin La Liqanın 32-ci turunda "Barselona" ilə oyunda (3:2) çıxışını şərh edib.

Sportlife.az xəbər verir ki, ispaniyalı futbolçu qol vurub, məhsuldar ötürmə verib və penalti qazanıb.

“Lukas təkcə bu gün etdiyi işlərə görə deyil, bütövlükdə mövsüm üçün bizim üçün son dərəcə vacib oyunçudur. O, dünyanın ən yaxşı müdafiəçilərindən biri hesab etdiyim Karvahalla rəqabət aparır və bir çox digər matçlarda olduğu kimi bu gün də fərqi yaratdı”, - deyə Ançelotti matçdan sonra bildirib.

"Real Madrid" 81 xalla İspaniya çempionatının cədvəlinə başçılıq edir, "Barselona" 70 xalla ikincidir.


Paylaş: