"Milan" "Real"a elçi düşüb

  • 24 Aprel 2024, 20:05

"Real Madrid"in yarımmüdafiəçisi Dani Sebalyos karyerasını "Milan"da davam etdirə bilər.

Sportlife.az İspaniya mətbuatına istinadla xəbər verir ki, “qırmızı-qaralar” 27 yaşlı ispaniyalını yayda almaq maddəsilə icarəyə götürmək istəyir. Potensial razılaşma onunla çətinləşir ki, “Real” futbolçunun gedişindən dərhal pul qazanacağını gözləyir.

Sebalyos 2017-ci ildən "Real Madrid"də çıxış edir. Bu mövsüm o, komandanın heyətində bütün turnirlərdə 21 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.


Paylaş: