Müller MLS-ə yollanır

  • Bu gün, 12:06

"Bavariya"nın hücumçusu Tomas Müller MLS klublarından birinin maraq dairəsinə düşüb.

Sportlife.az xəbər verir ki, 35 yaşlı forvarda "Los-Anceles"dən və adı açıqlanmayan bir neçə Avropa klubundan təklif var.

Almaniyalı futbolçu mayın 10-da Münhen klubunun heyətində son ev oyununu keçirib. O, mövsümünün sonunda komandadan ayrılacağını açıqlayıb.

Qeyd edək ki, futbolçu 2007-ci ildən “Bavariya”nın əsas komandasında çıxış edir. O, 13 dəfə Almaniya çempionluğunu, 6 dəfə Almaniya kubokunu, 8 dəfə Almaniya Superkubokunu, həmçinin iki dəfə Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.


Paylaş: