Naço qərarını verdi

  • 19 Aprel 2024, 20:15

"Real Madrid"in müdafiəçisi Naço Fernandes yayda komandanı tərk etməyi planlaşdırır.

Sportlife.az "Marca"ya istinadla xəbər verir ki, 34 yaşlı ispaniyalı artıq Madrid klubunun rəhbərliyini öz qərarı ilə bağlı məlumatlandırıb. Naçonun "Real Madrid"lə müqaviləsi mövsümün sonunda başa çatır.

Naço "Real Madrid"in yetirməsidir. O, bütün karyerasını bu komandada keçirib. Bu mövsüm o, komandanın heyətində bütün yarışlarda 36 oyuna çıxıb.

31 turdan sonra "Real Madrid" İspaniya La Liqasına 78 xalla başçılıq edir və ikinci yerdə qərarlaşan "Barselona"nı 8 xal qabaqlayır.


Paylaş: