
Nəriman Axundzadənin yerinə qanalı hücumçu
“Qarabağ”ın və Azərbaycan yığmasının üzvü Nəriman Axundzadəni transfer etmək istəyən Norveçin “Molde” klubu onun yerinə futbolçu tapıb.
Sportlife.az xəbər verir ki, ağdamlılarla anlaşmaq mümkün olmayınca digər variant reallaşdırılıb.
Klub “Elfsborq”dan Calal Abdullai ilə anlaşıb. Artıq tərəflər bütün məsələlərdə razılığa gəlib.
Qeyd edək ki, “Molde” Nəriman Axundzadə üçün təklif göndərib və “Qarabağ” bu təklifə rəsmi cavab verib. Daha sonra isə tərəflər arasında danışıqlar dayanıb.