Portuqaliya nəhəngində yeni müqavilə
"Portu"nun baş məşqçisi Serxio Konseysao klubu ilə müqaviləsini uzadıb.
Sportlife.az xəbər verir ki, yeni müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
49 yaşlı mütəxəssisin rəhbərliyi altında "Portu" üç dəfə Portuqaliya çempionu olub, üç dəfə ölkə kubokunun qalibi olub.
Konseysao 2017-ci ildən kluba rəhbərlik edir. Bu müddət ərzində "Portu" 372 oyun keçirib - 268 qələbə, 49 heç-heçə və 55 məğlubiyyət.