PSJ təhlükədə

  • Bu gün, 18:12

Qətərli investorlar PSJ-nin prezidenti Nasser Əl-Xəlaifiyə qarşı ittihamlardan sonra klubu maliyyələşdirməyi dayandıra bilərlər.

Sportlife.az xəbər verir ki, funksioner pay sahibi olduğu "Lagardere" media qrupu daxilində vəzifə səlahiyyətlərindən sui-istifadə və səslərin satın alınmasında ittiham olunur.

Qeyd olunur ki, bu, Qətərdə sərt reaksiyaya səbəb olub və Əl-Xelaifinin ətrafı Fransanı PSJ və beIN Sports televiziya şəbəkəsindən investisiyalarını geri çəkməklə hədələyib.

Qətər İdman İnvestisiya Fondu Paris klubunun nəzarət paketini 2011-ci ildə alıb.


Paylaş: