
Son penaltini niyə Rudiger vurdu?
"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" ilə cavab oyununda (0:1, pen. 4-2) beşinci penaltini müdafiəçi Antonio Rudigerin niyə yerinə yetirməsinin səbəbini açıqlayıb.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis seçimini belə izah edib:
“Biz Endriki beşinci yerə qoymaq istəyirdik, amma qərara gəldik ki, Rudiger daha doğru olar. Bu haqda danışdıq. Endrikə dedim ki, onu beşinci yerə qoyacağam. Onun üzünü gördükdən sonra son zərbəni Rüdigerə həvalə etdik".