
Final oyununu buraxacaq
"Liverpul” ciddi itki ilə üzləşib.
Sportlife.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Trent Aleksandr-Arnold zədələnib.
26 yaşlı müdafiəçi İngiltərə Liqa Kubokunun finalında "Nyukasl"la oyunda iştirak edə bilməyəcək.
Xatırladaq ki, final matçı martın 16-da keçiriləcək.