“Qalatasaray” İsveçə ciddi itkilərlə yollanacaq
"Qalatasaray" cümə axşamı səfərdə İsveçin "Malmö" klubuyla qarşılaşacaq.
Sportlife.az xəbər verir ki, "sarı-qırmızılar" bu matça cidd itkilərdə yollanayacaq. "Sivasspor"la görüşdə sıradan Viktor Osimhen və Barış Alper Yılmaz bu oyunda iştirak etməyəcəyi gözlənilir.
Həmçinin İsmail Yakobs, Mauro İkardi, Kaan Ayhan və Abdülkerim Bardakçı da İstanbul klubuna yardım edə bilməyəcək.
"Qalatasaray" Avropa Liqasında beş turdan sonra 11 xalla 4-cü yeri tutur. "Malmö" isə 3 xalla 30-cu yerdədir. Onlar yeganə qələbəni təmsilçimiz "Qarabağ" üzərində qazanıb.