Qrizman yenə oğlunu sevindirib

  • Dünən, 16:00

"Atletiko" Çempionlar Liqasının ilk turunda evində "Leyptsiq" son dəqiqələrdə vurduğu qolla 2:1 hesabıyla məğlub edib.

Sportlife.az xəbər verir ki, görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə oynayan Antuan Qrizman matçın ən yaxşısı seçilib. Qrizman matçdan sonra ona təqdim edilən mükafata ən çox oğlunun sevinəcəyini deyib:

"Daha bir matçın ən yaxşı oyunçusu mükafatı? Oğlum xoşbəxt olacaq, çünki bu kuboklar ilə oynamağı sevir. Onlardan qapı düzəldir. Artıq daha çox qolumuz olacaq".


Paylaş:

Xəbər lenti