Milli komandada yeni köməkçilər: "Neftçi"nin məşqçisini də yanına apardı

  • Dünən, 12:00

Ötən günlərdə AFFA aşağı yaş qruplarındakı millilərin baş məşqçiləri ilə müqavilə müddətinin uzadıldığını açıqlamışdı.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, U-16 millisinin baş məşqçisi Aqil Nəbiyevin yeni köməkçiləri bəlli olub. Ona bu işdə köməkçi məşqçi kimi Emin Mustafayev və Elgiz Kərəmli dəstək olacaq. Qapıçılar üzrə məşqçi vəzifəsini isə Elşən Poladov icra edəcək. Onlar bu postda Faiq Əzizov və Fərid Namazovu əvəz ediblər.

Xatırladaq ki, E. Mustafayev həm də "Neftçi"də çalışır.


Paylaş: