Süper Liqada VI tura start verildi

  • Dünən, 23:06

Türkiye Süper Liqasında VI tura start verilib.

Sportlife.az xəbər verir ki, açılış matçında "Hatayspor" "Bodrumspor"u qəbul edir. Görüş qonaqların minimal hesablı qələbəsiylə başa çatıb - 0:1.

"Hatayspor" 2 xalla 18-ci yerdədir, "Bodrumspor" bu qələbəylə xallarını 6-ya yüksəldib.

Turun mərkəzi görüşü sabah keçiriləcək. "Fənərbağça" "Qalatasaray"ı qonaq edəcək. Görüş Bakı vaxtıyla 21:00-da başlayacaq.


Paylaş:

Xəbər lenti