"Çelsi"nin gündəmində yenidən fransalı futbolçu var

  • Dünən, 17:54

"Barselona"nın müdafiəçisi Jüul Kunde İngiltərəyə yollana bilər.

Sportlife.az “The Sun”a istinadən xəbər verir ki, fransalı müdafiəçi “Çelsi”nin transfer siyahısında yer alır.

"Çelsi" Fransa millisinin üzvü üçün 60 milyon avro ödəməyə hazırdır.

Kunde 2022-ci ildə "Barselona"ya transfer olmazdan öncə London klubuna keçə bilərdi ancaq onun seçimi katalon klubu olmuşdu.

Onun “Barsa” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.


Paylaş:

Xəbər lenti